Moskva NATO ilə qarşıdurma yaratmaq istəmir

Moskva NATO ilə qarşıdurma yaratmaq istəmir Rusiyanın müdafiə nazirinin müavini belə deyir
Digər ölkələr
21 Mart , 2015 21:16
Moskva NATO ilə qarşıdurma yaratmaq istəmir

Bakı. 21 mart. REPORT.AZ/ Rusiyanın müdafiə nazirinin müavini Moskvanın NATO ilə qarşıdurma yaratmaq istəmədiyini bildirib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Anatoli Antonovun bəyanatında bildirilir ki, Rusiya qarşıdurma deyil, alyansla əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdır.

Nazir müavini Rusiyanın heç kimə qarşı hücuma hazırlaşmadığını deyib.

Rusiyanın Qərblə münasibətləri onun Krımı ilhaq etməsi və Ukraynada separatistləri dəstəkləməsindən sonra gərginləşib.

Avropa İtifaqı liderləri bu həftə keçirdiklər görüşlər zamanı Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi atəşkəsin şərtlərinə tam əməl edilməyincə Rusiyaya qarşı sanksiyaların qüvvədə saxlanmasına qərar verib.

Son xəbərlər

Orphus sistemi