Moqerini: İdlibdə hərbi əməliyyatlar bölgədə münaqişənin gərginləşməsinə səbəb olacaq

Moqerini: İdlibdə hərbi əməliyyatlar bölgədə münaqişənin gərginləşməsinə səbəb olacaq Bakı. 5 sentyabr. REPORT.AZ/ Suriyanın İdlib vilayətində hərbi əməliyyatların aparılması bölgədə münaqişənin gərginləşməsinə səbəb olacaq.
Digər ölkələr
5 Sentyabr , 2018 02:55
Moqerini: İdlibdə hərbi əməliyyatlar bölgədə münaqişənin gərginləşməsinə səbəb olacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ Suriyanın İdlib vilayətində hərbi əməliyyatların aparılması bölgədə münaqişənin gərginləşməsinə səbəb olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Brüsseldə Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini deyib.

"İdlibə hərbi hücum bölgədə yaşayan 3 milyondan çox dinc sakinin həyatını təhlükə altına qoymuş olardı və yeni humanitar fəlakətə gətirib çıxarardı. Hər hansı bir kimyəvi silahdan istifadə dağıdıcı humanitar nəticələr verə bilər", - deyə Moqerininin bəyanatında bildirilir.

"Bundan əlavə, İdlib əyalətində irimiqyaslı hərbi əməliyyatların aparılması qeyri-sabit bir bölgədə onsuz da təhlükəli olan münaqişənin gərginləşməsinə səbəb olacaq", - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, İdlibdə gərginlikdən qaçmaq lazımdır, əks təqdirdə günahkarlar öz xalqları və tarixləri qarşısında məsuliyyət daşımalı olacaqlar.

Son xəbərlər

Orphus sistemi