Federika Mogerini: "Aİ və İran arasında əməkdaşlıq üçün çoxlu mümkün sahələr var"

Federika Mogerini: "Aİ və İran arasında əməkdaşlıq üçün çoxlu mümkün sahələr var" "Aİ İrana qarşı sanksiyalar tətbiq edilənə qədər bu ölkənin əsas tərəfdaşlarından biri olub"
Digər ölkələr
21 Yanvar , 2016 15:06
Federika Mogerini: Aİ və İran arasında əməkdaşlıq üçün çoxlu mümkün sahələr var

Bakı. 21 yanvar. REPORT.AZ/ "Avropa İttifaqı və İran arasında əməkdaşlıq üçün çoxlu mümkün sahələr var". "Report" xəbər verir ki, bu sözləri Aİ-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonra İttifaqla bu ölkənin əlaqələrinin inkişafını şərh edərkən deyib.

Onun sözlərinə görə, texnologiya, mədəniyyət, elm kimi sahələrdə əməkdaşlıq üçün potensial mövcuddur. F.Mogerini xatırladıb ki, Aİ İrana qarşı sanksiyalar tətbiq edilənə qədər bu ölkənin əsas tərəfdaşlarından biri olub.

F.Mogerini həmçinin bildirib ki, Aİ artıq İranla siyasi dialoqa başlayıb və müzakirə olunan məsələlərin dairəsi çox genişdir: "İranda insan haqlarının qorunması məsələsini müzakirə etdik. Amma Avropa üçün ən əhəmiyyətlisi bu məsələlərdə diplomatiyanın qələbə qazanmasıdır. Çünki nüvə silahından istifadədən söhbət gedirdi. Bu dialoq daha əhatəli əməkdaşlığa yol aça bilər".

Son xəbərlər

Orphus sistemi