Monteneqro parlamenti hökumətin istefasına səs verib

Monteneqro parlamenti hökumətin istefasına səs verib Monteneqro parlamenti fövqəladə iclasında Zdravko Krivokapiç hökumətinə etimadsızlıq səsverməsi keçirib.
Digər ölkələr
5 Fevral , 2022 00:17
Monteneqro parlamenti hökumətin istefasına səs verib

Monteneqro parlamenti (81 nəfərlik) fövqəladə iclasında Zdravko Krivokapiç hökumətinə etimadsızlıq səsverməsi keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, səsvermə Baş nazirin müavini Dritan Abazoviçin təşəbbüsü ilə baş tutub. İclas cümə günü parlamentin mətbuat xidməti tərəfindən yayımlanıb.

"54 deputat səs verib, 43 deputat etimadsızlığın lehinə, 11 deputat əleyhinə səs verdi. Parlamentin Monteneqro hökumətinin 42-ci kabinetinə etimadsızlığa səs verdiyini elan edirəm", - parlamentin sədri Aleksa Beçiç bildirib.

Son xəbərlər

Orphus sistemi