Monteneqro ölkənin şimalında COVID-19-u epidemiya elan edib

Monteneqro ölkənin şimalında COVID-19-u epidemiya elan edib Avqustun 30-na təyin edilmiş parlament seçkilərinin keçirilməsinin sual altına düşüb
Digər ölkələr
661
8 İyul , 2020 16:42
Monteneqro ölkənin şimalında COVID-19-u epidemiya elan edib

Monteneqro hökuməti yanında Milli Koordinasiya Şurası (NKT) xəstəliyin miqyasının artması səbəbi ilə ölkənin şimalındakı bir neçə bölgədə COVID-19-u epidemiya elan edib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Milli Səhiyyə İnstitutundan verilən məlumata görə, Monteneqroda pandemiyanın başlandığı gündən bu yana 907 nəfərdə koronavirus aşkar edilib, 80 pasiyent xəstəxanadadır, 17 nəfər ölüb. Son sutka ərzində 66 yeni yoluxma müəyyən edilib.

Hakim Sosial Demokratlar Partiyasındakı mənbələr yerli KİV-ə avqustun 30-na təyin edilmiş parlament seçkilərinin keçirilməsinin sual altına düşdüyünü bildirib.

“Şimal və mərkəzi bölgələr üçün xüsusi təhlükə yaratmaqla, bütün ölkə ərazisində koronavirusa yoluxma hallarının müntəzəm olaraq artması və xəstələrin əksəriyyətində yoluxma mənbəyinin dəqiq müəyyənləşdirməməsi müəyyən bölgələrdə virusun geniş yayıldığını göstərir”, - ölkənin Nazirlər Kabinetinin “Twitter” hesabında yazılıb.

“Buna görə də NKT Monteneqro Səhiyyə Nazirliyinin Bielo Pole, Berane, Petnitsa, Rojae və Qusin bələdiyyələrinin ərazilərində yoluxucu xəstəlik epidemiyası elan etməsinə razılıq verib”, - hökumətdən bildirilib.