Monrealda silahlı münaqişələr zonasında aviasiya təhlükəsizliyi müzakirə olunur

Monrealda silahlı münaqişələr zonasında aviasiya təhlükəsizliyi müzakirə olunur ICAO Uçuşların təhlükəsizliyi üzrə yüksək səviyyəli ikinci konfrans öz işinə başlayıb
Digər ölkələr
3 Fevral , 2015 12:18
Monrealda silahlı münaqişələr zonasında aviasiya təhlükəsizliyi müzakirə olunur

Bakı. 3 fevral. REPORT.AZ/ Monrealda Uçuşların təhlükəsizliyi üzrə yüksək səviyyəli ikinci konfrans öz işinə başlayıb. "Report" xəbər verir ki, konfrans Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) himayəsi altında keçir. Onun iştirakçıları aviasiya təhlükəsizliyinin, o cümlədən silahlı münaqişələr zonası üzərində hava məkanında təhlükəsizliyin gücləndirilməsi yollarını müzakirə edirlər. 

Kommersiya təyyarələri pilotlarının hər 15 dəqiqədən bir öz yerləri haqqında məlumat vermələrinə dair ICAO təklifinin müzakirə olunacağı gözlənilir. ICAO bu təklifi ötən ilin mart ayında Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yollarına məxsus təyyarənin yoxa çıxmasından sonra verib. Həmin təyyarənin göyərtəsində 239 nəfər olub. 

Bu konfransda mülki aviasiya şirkətlərinin 500-ə yaxın nümayəndəsi, o cümlədən baş direktorları və strateji qərarlar qəbul edən rəhbərləri iştirak edir. 

BMT-nin xüsusi təşkilatı olan ICAO 1944-cü ildə bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və nizamlanmış inkişafına dəstək üçün yaradılıb. 

Son xəbərlər

Orphus sistemi