Monqolustanın yeni prezidenti məlum oldu

Monqolustanın yeni prezidenti məlum oldu Monqolustanın hakim Xalq Partiyasının baş katibi Uxnaaqiyn Xurelsux ölkədə keçirilən prezident seçkilərində 68 % seçici səsi ilə qələbə qazanıb.
Digər ölkələr
10 İyun , 2021 03:37
Monqolustanın yeni prezidenti məlum oldu
Uxnaaqiyn Xurelsux

Monqolustanın hakim Xalq Partiyasının baş katibi Uxnaaqiyn Xurelsux ölkədə keçirilən prezident seçkilərində 68 % seçici səsi ilə qələbə qazanıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Monqolustanın Dövlət Seçki Komissiyasının ilkin məlumatlarında bildirilib.

Qeyd edilir ki, səsvermədə iştirak etmiş 1 075 000 seçicinin 820 mindən çoxu ona səs verib.

Siyahıda ikinci yerdə 242 692 səs ilə (20,1 %) "Doğru insan - elektorat" koalisiyasından Danqaasurenqiyn Enxbat qərarlaşıb. Demokrat Partiyasının nümayəndəsi Sodnomzunduyn Erdene isə seçkilərdə 72 394 səs (6,0 %) yığıb.

Qeyd edək ki, 52 yaşlı Xurelsux daha əvvəl ölkənin baş nazirinin vəzifəsini tutub.

Dövlət Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 21:30-da səsvermə hüququna malik 2 041 866 seçicidən 1 075 938 seçici səs verib, beləliklə, ölkədə seçici iştirakı 52,69 faiz təşkil edib.

Monqolustanda prezident seçkiləri dünən keçirilib.

Son xəbərlər

Orphus sistemi