Moldova prezidentinin inaqurasiyasına xarici qonaqlar qatılmayacaq

Moldova prezidentinin inaqurasiyasına xarici qonaqlar qatılmayacaq Moldovanın yeni prezidenti Mayya Sandunun 24 dekabrda vəzifəsinin icrasına başlama mərasimi pandemiyaya görə xarici qonaqlarsız olacaq.
Digər ölkələr
8 Dekabr , 2020 00:59
Moldova prezidentinin inaqurasiyasına xarici qonaqlar qatılmayacaq
Mayya Sandu

Moldovanın yeni prezidenti Mayya Sandunun 24 dekabrda vəzifəsinin icrasına başlaması mərasimi pandemiyaya görə xarici qonaqlarsız olacaq.

“Report” xəbər verir ki, bu barədə “ProTV” telekanalının efirində çıxış edən Sandu deyib.

"Pandemiyaya görə xarici qonaqların dəvətindən imtina etmək lazım gəldi - biz yoluxma təhlükəsi yaratmaq istəmirik. Buna görə də, parlamentin deputatlarının və başqa rəsmi şəxslərin olmasını nəzərdə tutan qanunun əksinə olaraq mərasim çox sadə keçiriləcək", - Sandu deyib.

Moldovada noyabrın 15-də keçirilən prezident seçkilərinin ikinci turunda Fəaliyyət və Həmrəylik Partiyasının lideri, sabiq baş nazir Mayya Sandu qalib gəlib. O, seçkilərdə 57,75 faiz səs toplayıb. Hazırkı dövlət başçısı İqor Dodona isə seçicilərin 42,28 faizi səs verib. İqor Dodonun səlahiyyət müddəti dekabrın 23-də başa çatır.

Son xəbərlər

Orphus sistemi