Moldovanın Kişineu hava limanı mina xəbərdarlığı ilə fəaliyyətini dayandırıb

Digər ölkələr
  • 26 iyul, 2022
  • 17:47
Moldovanın Kişineu hava limanı mina xəbərdarlığı ilə fəaliyyətini dayandırıb

Moldovanın paytaxtı Kişineu hava limanı mina quraşdırılması xəbərdarlığı ilə 1 saata yaxın fəaliyyətini dayandırıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, ərazidə polislərin həyata keçirdiyi axtarış işlərindən sonra aeroport normal qaydada işinə davam edib.

Qeyd edək ki, bu hal son həftə ərzində Kişineu aeroportunda artıq 4-cü dəfədir baş verir.