Moldovada yeni müdafiə nazirinin andiçməsi olub

Moldovada yeni müdafiə nazirinin andiçməsi olub Prezident isə naziri qəbul etmədiyini bildirib
Digər ölkələr
24 Oktyabr , 2017 15:52
Moldovada yeni müdafiə nazirinin andiçməsi olub
AVA

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Moldovanın yeni müdafiə naziri Eujen Sturzanın andiçmə mərasimi baş tutub.

"Report" TASS-a istinadən xəbər verir ki, mərasim onu bu vəzifəyə təyin edən parlamentin sədri, prezident səlahiyyətlərini müvəqqəti icra edən Andrian Kandunun iştirakı ilə keçirilib.

A.Kanda mərasimdən sonra Moldovanın funksional hökumətə ehtiyac duyduğunu bildirib.

Qeyd edək ki, Moldovada müdafiə naziri vəzifəsi ötən ilin sonundan - İ.Dodon Rumıniya ilə birləşmək ideyasını dəstəkləyən Anatoli Şalarunu istefaya göndərəndən boş qalmışdı. Sentyabrın ortalarında ölkənin baş naziri bu posta Sturzanı təklif etsə də, Dodon onun namizədliyini geri çevirib.

Hökumət İ.Dodonun qərarından Konstitusiya Məhkəməsinə (KM) şikayət edib. KM də Nazirlər Kabinetinin xeyrinə qərar çıxarıb. Prezident isə KM-in qərarını siyasi və qeyri-qanuni adlandıraraq naziri qəbul etmədiyini və onu Ali Təhlükəsizlik Şurasının heyətinə daxil etmədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi