Moldovada parlament seçkiləri gələn ilin fevral ayında keçiriləcək

Moldovada parlament seçkiləri gələn ilin fevral ayında keçiriləcək Bakı. 27 iyul. REPORT.AZ/ Moldovada parlament seçkiləri 2019-cu il fevralın 24-də keçiriləcək.
Digər ölkələr
27 İyul , 2018 15:25
Moldovada parlament seçkiləri gələn ilin fevral ayında keçiriləcək
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ Moldovada parlament seçkiləri 2019-cu il fevralın 24-də keçiriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Andrian Kandu bildirib.

"Hazırkı çağırış parlamentin mandatı noyabrın 30-da başa çatır. Qanuna görə, seçkilər bu tarixdən sonrakı üç ay ərzində keçirilə bilər. Ona görə də seçkilərin fevralın 24-də keçirilməsini təklif edirik", - A.Kandu deyib.

Bu təklif səs çoxluğu ilə qəbul edilib. Sədr deputatların qəsdən mümkün variantlardan ən gec olanını təklif verməsini izah edib. Onun sözlərinə görə, bu il seçkilər ilk dəfə qarışıq seçki sistemi ilə keçiriləcək, ona görə də MSK-ya hazırlığa, habelə əhalini səsvermə prosesi barədə məlumatlandırmaq üçün daha çox vaxt lazımdır.

Yerli qanunvericiliyə görə, Moldovada parlament seçkiləri hər dörd ildən bir keçirilir.

Son xəbərlər

Orphus sistemi