Yuxarı

Moldovada mitinq iştirakçıları ilə hakimiyyət arasında danışıqlar nəticəsiz qalıb

Aksiya təşkilatçıları ilə görüşə nə baş nazir nə də prezident gəlməyib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Moldova prezidenti Nikolay Timoftinin istefası tələbi ilə paytaxt Kişinyovun mərkəzinə toplaşan mitinqçilərlə hakimiyyət nümayəndələri arasında danışıqlar nəticəsiz qalıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, "DA" vətəndaş platforması ("Demnitate si adevar" - "Ləyaqət və ədalət") tərəfindən təşkil olunan aksiya təşkilatçıları ilə görüşə nə baş nazir, nə də prezident gəlməyib. Bu da aksiya iştirakçılarının ciddi narazılığına səbəb olub. Onlar ölkə rəhbərliyinə təzyiqi artıracaqlarını bəyan ediblər.

"DA" təşkilatının liderlərindən olan Andrey Nestase isə təəssüflə qeyd edib ki, Moldovada vəziyyət o qədər gərginləşib ki, əhali küçələrə çıxmağa məcbur olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi