Moldova və Ukrayna birgə sərhəd nəzarəti həyata keçirəcəklər

Digər ölkələr
  • 22 dekabr, 2023
  • 11:26
Moldova və Ukrayna birgə sərhəd nəzarəti həyata keçirəcəklər

Moldova və Ukrayna yeddi sərhəd keçid məntəqəsində birgə nəzarətin təşkili barədə razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə Moldova hökumətinin mətbuat xidməti məlumat yayıb.

Müvafiq protokol iki ölkənin nümayəndələri tərəfindən imzalanıb: “Sənəd “Briçeni – Rossoşan”, “Kriva – Mamalıqa”, “Curculeşt – Reni”, “Larqa – Kelmentsi”, “Palanka-Mayaki – Udobnoe”, “Pervomaysk – Kuçurqanı” və "Platonovo – Yeni Qoyanı" keçid məntəqələrində birgə nəzarətin təşkilini nəzərdə tutur".

Qeyd edilib ki, bənzər təcrübə artıq iki ölkənin bəzi sərhəd məntəqələrində tətbiq olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti