Moldova "Shahed" PUA-sı təhlükəsinə görə hava məkanını bağlayıb

Digər ölkələr
  • 17 noyabr, 2026
  • 19:47
Moldova Shahed PUA-sı təhlükəsinə görə hava məkanını bağlayıb

Kişineu istiqamətində hərəkət edən "Shahed" tipli pilotsuz uçuş aparatının (PUA) aşkar edilməsindən sonra Moldova təhlükəsizlik məqsədilə öz hava məkanını tamamilə bağlayıb.

"Report" xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.

Daxil olan məlumata görə, PUA cənubdan Kişineu bələdiyyəsinin Botanika sektoru istiqamətində hərəkət edirdi. Bununla əlaqədar olaraq yerli vaxtla saat 16:27-də (Bakı vaxtı ilə 18:20-də - red.) ölkənin bütün hava məkanından istifadənin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Qeyd olunub ki, Hava Əməliyyatları Mərkəzi səlahiyyətli orqanlar və tərəfdaşlarla koordinasiyalı şəkildə hava məkanının monitorinqini davam etdir.

44 filmi