Yuxarı
    Bağlamaq

    Moldova prezidenti hərbçilərə Ukraynada təlimlərdə iştirak etməyi qadağan edib

    İqor Dodon: Moldovalı hərbi qulluqçuların ölkədən kənarda hərbi təlimlərdə iştirakı bizim üçün qəbuledilməzdir© Sputnik / MIROSLAV ROTARI

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Moldova prezidenti İqor Dodon moldovalı hərbçilərə sentyabrın əvvəllərində Ukraynanın Lvov vilayətində keçiriləcək "Rapid Trident-2017" çoxmillətli hərbi təlimlərdə iştirak etməyi qadağan edib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublika başçısının mətbuat katibi İon Çeban məlumat verib.

    "Moldovalı hərbi qulluqçuların ölkədən kənarda hərbi təlimlərdə iştirakı bizim üçün qəbuledilməzdir", - prezident İqor Dodon da "Facebook" səhifəsində yazıb.

    Qeyd edək ki, "Rapid Trident-2017" beynəlxalq təlimləri sentyabrın 7-dən 23-dək Lvov vilayətindəki poliqonda keçiriləcək. Təlimlərə 14 ölkədən 2500-dən çox hərbi qulluqçu qatılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi