Moldova polisi velosipedlə xidmət aparacaq

Moldova polisi velosipedlə xidmət aparacaq 22 asayiş keşikçisi müvafiq imtahanı uğurla keçib
Digər ölkələr
1 Sentyabr , 2017 04:35
Moldova polisi velosipedlə xidmət aparacaq

Kişinyov. 1 sentyabr. REPORT.AZ/ Yaxın vaxtlarda Moldovanın paytaxtı Kişinyovda polis əməkdaşları velosipedlə patrul xidmətinə başlayacaq.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Moldova Baş Polis Müfəttişliyinin rəisi Aleksandru Pınzar məlumat verib.

O, əlavə edib ki, 22 polis əməkdaşı lazım olan imtahandan müvəffəqiyyətlə keçib. A.Pınzar yeni missiyalarında ictimai təhlükəsizliyi qoruyacaq asayiş keşikçilərinə uğurlar arzulayıb.

Velosipeddə patrul xidməti aparacaq polislər dəbilqə və xüsusi avadanlıqlarla təchiz olunublar. Sözügedən layihə ABŞ-ın Moldovadakı səfirliyinin dəstəyilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi