Yuxarı

​Moldova parlamenti qarşısında etirazçılarla polis arasında toqquşma baş verib

Nümayişçilərin bir qismi polis kordonunu yararaq binaya daxil olmağa cəhd göstərib

Bakı. 20 yanvar. REPORT.AZ/ Baş nazir Pavel Filipin yeni hökumətini təsdiq edən Moldova parlamenti qarşısında binanı mühafizə edən xüsusi təyinatlı polis dəstələri ilə etirazçılar arasında toqquşma baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, nümayişçilərin bir qismi kordonu yararaq binaya daxil olmağa cəhd göstərsələr də, polis dəstələri onların qarşısını alıb.

"Dostoinstvo i pravda" vətəndaş platformasının (DA - "Ləyaqət və həqiqət") liderlərindən biri olan Adrian Nestase nümayişçiləri parlamenti mühasirəyə almağa və deputatların binadan çıxmasına imkan verməməyə çağırıb. O "vandalizm hərəkətləri" etməməyə çağırsa da, etirazçılar polisə hücum edirlər. Nümayişçilər "Oğrular", "Rədd olun" kimi şüarlar səsləndirirlər. Onlar parlamenti hökumətin təsdiqi barədə qərarı ləğv etməyə çağırırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi