Moldova parlamenti hökumətin istefasının lehinə səs verib

Moldova parlamenti hökumətin istefasının lehinə səs verib Moldova parlamenti Avropameylli Acum (İndi) bloku tərəfindən yaradılan Maya Sandu hökumətinə etimadsızlıqla bağlı votum irəli sürüb.
Digər ölkələr
12 Noyabr , 2019 16:17
Moldova parlamenti hökumətin istefasının lehinə səs verib

Moldova parlamenti Avropameylli "Acum" ("İndi") bloku tərəfindən yaradılan Maya Sandu hökumətinə etimadsızlıqla bağlı votum irəli sürüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, qərar qanunverici orqanın iclasında qəbul olunub.

"Etimadsızlıq votumu iclasda iştirak edən deputatlardan (101 nəfər - red.) 63-nün səsi ilə təsdiqlənib", - qanunverici orqanın sədri Zinaida Qreçanıy deyib.

Qeyd olunur ki, Moldova Respublikası Sosialistlər Partiyası (MRSP) fraksiyasının təşəbbüsü ilə başladılan istefa tələbi müxalif Moldova Demokratik Partiyasının deputatları tərəfindən dəstəklənib.

Son xəbərlər

Orphus sistemi