Bakı. 29 oktyabr. REPORT.AZ/ Moldova parlamenti hakimiyyətdə olan Avropayönümlü koalisiyanın formalaşdırdığı Valeri Streletsin hökumətini istefaya göndərib.
"Report" TASS-a istinadən xəbər verir ki, hökumətə 101 deputatdan 65-i etimadsızlıq göstərib.
İstefa müxalifətdə olan Sosialistlər və Kommunistlər partiyalarının təşəbbüsü ilə baş tutub.