Moldova hökuməti ABŞ rüsumlarından zərər çəkəcək ixracatçılara dəstək verəcək

Moldova hökuməti ABŞ rüsumlarından zərər çəkəcək ixracatçılara dəstək verəcək Moldova hökuməti ABŞ-nin idxal ilə bağlı rüsumlarından zərər çəkəcək istehsalçılara və ixracatçılara dəstək verməyə hazırdır.
Digər ölkələr
3 aprel 2025 16:22
Moldova hökuməti ABŞ rüsumlarından zərər çəkəcək ixracatçılara dəstək verəcək

Moldova hökuməti ABŞ-nin idxal ilə bağlı rüsumlarından zərər çəkəcək istehsalçılara və ixracatçılara dəstək verməyə hazırdır.

"Report" "tv8.md" telekanalına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Dorin Reçan bəyan edib.

"Biz ABŞ bazarına çıxış əldə etmək üçün daim çalışan istehsalçılarımızın narahatlığını başa düşürük və hökumət bu sahibkarların rəqabət qabiliyyətini qorumağa kömək üçün addım atacaq", - o bildirib.

D.Reçanın məlumatına görə, Moldova məhsullarının böyük hissəsi Aİ ölkələrinə tədarük edilir: "İxrac olunan Moldova mallarının dörddə üçü Aİ ölkələrinə, Böyük Britaniyaya, İslandiyaya, Lixtenşteynə, Norveçə və İsveçrəyə göndərilir".

Baş nazir, ABŞ Prezidentinin rüsumları artırmaq qərarını "ticarəti tarazlaşdırmaq cəhdi" hesab edir. Bununla yanaşı, o vurğulayıb ki, Moldova ABŞ ilə strateji tərəfdaşlığı dəstəkləməyə davam edəcək.

Ölkənin Milli Statistika Bürosunun məlumatına görə, 2024-cü ildə ABŞ ilə ticarət dövriyyəsi 225,5 milyon dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi