İyunun 1-də Moldova öz tarixində ən böyük beynəlxalq tədbirə - Avropa Siyasi Birliyinin (APC) sammitinin ikinci iclasına ev sahibliyi etməyə hazırlaşır.
“Report” xəbər verir ki, sammitdə 47 dövlət və hökumət başçısı iştirak edəcək.
Moldovada indiyə qədər keçirilən ən böyük siyasi tədbir olacaq bu sammit ölkənin 2022-ci ilin iyununda namizəd statusu aldıqdan sonra Avropa İttifaqına (Aİ) üzvlük yolunda tərəqqi baxımından mühüm addım olacaq.
"Avropa Siyasi Birliyinin ikinci iclası qitədə artan birliyin sübutudur. Avropa Ukrayna sərhədindən təxminən 20 km aralıda bir araya gəldiyi üçün bu tədbir bizim sülhə sarsılmaz sadiqliyimizin, Rusiya işğalını qəti şəkildə pisləməyimizin, Ukrayna ilə davamlı həmrəyliyimizin və Moldovaya dəstəyin nümayişidir”, - Moldova Prezidenti Maya Sandu vurğulayıb.