Yuxarı

Mogerini: Terror aktları Avropa ilə ərəb dövlətləri arasındakı əlaqələrə xələl gətirə bilməz

İslam həm də Avropanın dəyəridir. Bizim dəyərlərimiz isə ərəb ölkələrinə məxsusdur. Bizim üçün əsl vacib olan - birlikdir

Bakı. 26 İyun. REPORT.AZ/ Son terror aktları Avropa İttifaqı (Aİ) ilə ərəb dövlətləri arasındakı əlaqələrə xələl gətirə bilməz. Əskinə, bu hadisələr bizləri daha da yaxınlaşmağa vadar edir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Aİ təhlükəsizlik və xarici siyasət üzrə komissarı Federika Mogerini deyib.

Onun sözlərinə görə, heç bir din xalqlar və dövlətlər arasında problemlərə səbəb ola bilməz. "İslam dini həm də Avropanın dəyəridir. Bizim dəyərlərimiz isə ərəb ölkələrinə məxsusdur. Əsl vacib olan - birlikdir", - deyə Mogerini vurğulayıb.

Qeyd edək ki, bu gün Tunisdə və Küveytdə törədilən terror aktları nəticəsində onlarla insan həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi