“Moderna"nın rəhbəri: "Pandemiya gələn ilin payızında başa çata bilər"

“Moderna"nın rəhbəri: "Pandemiya gələn ilin payızında başa çata bilər" Koronavirusa qarşı dərmanların hazırda artan istehsalı nəzərə alınsa, pandemiya gələn ilin payızında başa çata bilər.
Digər ölkələr
23 Sentyabr , 2021 14:00
“Modernanın rəhbəri: Pandemiya gələn ilin payızında başa çata bilər
Stefan Bansel

"Koronavirusa qarşı dərmanların hazırda artan istehsalı nəzərə alınsa, pandemiya gələn ilin payızında başa çata bilər".

“Report” “Neue Zürcher Zeitung”a istinadən xəbər verir ki, bunu ABŞ-ın “Moderna” əczaçılıq şirkətinin Baş direktoru Stefan Bansel bildirib.

Onun sözlərinə görə, son altı ay ərzində istehsalat sahələrinin artdığı əsas götürülsə, Yer kürəsində hamının peyvəndlənməsi üçün lazımi miqdarda dərman dozalarının 2022-ci ilin ortalarınadək əldə ediləcəyini gözləmək olar.

Ekspert həmçinin qeyd edib ki, hazırda dünya üzrə geniş yayılan koronavirusun “Delta” ştamı xeyli yoluxucu olduğu üçün peyvənddən boyun qaçıranlar böyük ehtimalla xəstələnəcəklər.

Son xəbərlər

Orphus sistemi