Mixeil Saakaşvili: "Ukrayna xalqı Nazirlər Kabinetinin bütün üzvlərini yola salacaq"

Mixeil Saakaşvili: "Ukrayna xalqı Nazirlər Kabinetinin bütün üzvlərini yola salacaq" Odessa vilayətinin keçmiş qubernatoru oktyabrın 17-də Kiyevdə mitinq keçirməyi planlaşdırır
Digər ölkələr
25 Sentyabr , 2017 14:36
Mixeil Saakaşvili: Ukrayna xalqı Nazirlər Kabinetinin bütün üzvlərini yola salacaq

Bakı. 25 sentyabr. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili oktyabrın 17-də Kiyevdə keçirilməsi planlaşdırılan mitinq zamanı Ukrayna Nazirlər Kabinetinin bütün üzvlərini "göndərmək" niyyətində olduğunu bəyan edib. 

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Biz oktyabrın 17-də buraya qayıdacağıq və Ukrayna xalqı onları (nazirləri - red.) buradan göndərəcək", - M.Saakaşvili bu gün Kiyevdə keçirilən mitinqdə bildirib.

O həmçinin bu gün həmfikirlərinin axtarışı ilə əlaqədar Lvova səfər edəcəyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi