Mixeil Saakaşvili Ukrayna prezidentinin impiçmenti təşəbbüsünü dəstəkləmək üçün yürüş keçirməyi təklif edib

Mixeil Saakaşvili Ukrayna prezidentinin impiçmenti təşəbbüsünü dəstəkləmək üçün yürüş keçirməyi təklif edib Bakı. 8 noyabr. REPORT.AZ/ Gürcüstanın eks prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili noyabrın 12-də Kiyevin mərkəzində yürüş keçirmək niyyətindədir.
Digər ölkələr
8 Noyabr , 2017 16:06
Mixeil Saakaşvili Ukrayna prezidentinin impiçmenti təşəbbüsünü dəstəkləmək üçün yürüş keçirməyi təklif edib

Bakı. 8 noyabr. REPORT.AZ/ Gürcüstanın eks prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili noyabrın 12-də Kiyevin mərkəzində yürüş keçirmək niyyətindədir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, M.Saakaşvili Kiyevdəki Mixaylovski meydanında toplaşmağı və Antikorrupsiya Məhkəməsi haqqında qanunu və Ukrayna prezidentinin impiçmenti prosesinin başladılmasını dəstəkləmək üçün yürüş keçirməyi təklif edib.

Bununla yanaşı, o, hakimiyyətin göstərilən qanunları qəbul etməyəcəyi halda, dekabrın 3-də "xalq impiçmenti" prosesini başlatmağı təklif edib.

"Onlar heç bir addım atmasa, Ukrayna xalqı özü kimə impiçment elan edəcəyinə, kimin vəzifədən azad olunmasına və yeni seçkilərin nə vaxt keçiriləcəyinə dair qərar qəbul edəcək", - M.Saakaşvili bildirib.

Son xəbərlər

Orphus sistemi