Ukrayna Prezident Ofisi: “Üçtərəfli görüşü yüksək qiymətləndiririk”

Ukrayna Prezident Ofisi: “Üçtərəfli görüşü yüksək qiymətləndiririk” Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Türkiyə, Ukrayna və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşünün əhəmiyyətini yüksək qiymətləndirib.
Digər ölkələr
10 mart 2022 11:55
Ukrayna Prezident Ofisi: “Üçtərəfli görüşü yüksək qiymətləndiririk”

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Türkiyə, Ukrayna və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşünün əhəmiyyətini yüksək qiymətləndirib.

“Report” xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

“Bu, Rusiya ali siyasi rəhbərliyinin proseslərə daha obyektiv və adekvat baxışını formalaşdırmaq üçün son dərəcə vacibdir”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi