Mixail Saakaşvili sərbəst buraxılıb

Mixail Saakaşvili sərbəst buraxılıb Hakim prokurorların onun ev dustağı edilməsi xahişini rədd edib
Digər ölkələr
11 Dekabr , 2017 22:16
Mixail Saakaşvili sərbəst buraxılıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Kiyevin Peçerski rayon məhkəməsi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin (Ukrayna) keçmiş qubernatoru Mixail Saakaşvilini azad edib.

“Report” xəbər verir ki, bu barədə qərarı bazar ertəsi istintaq hakimi Larisa Sokol açıqlayıb.

Beləliklə, hakim prokurorların onun barəsində gecə-gündüz ev dustaqlığı şəklində qətimkan tədbirin seçilməsinə dair xahişini rədd edib.

Saakaşvili dekabrın 8-də axşam saxlanılıb və Ukrayna Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. Prokurorlar onun üçün 2 aylıq ev dustaqlığı iştəmişdilər.

Son xəbərlər

Orphus sistemi