​Mixail Saakaşvili: "Gürcüstandakı parlament seçkilərindən sonra vətənə qayıtmaq niyyətindəyəm"

​Mixail Saakaşvili: "Gürcüstandakı parlament seçkilərindən sonra vətənə qayıtmaq niyyətindəyəm" O, seçkilərdə qələbə qazanacaqlarına əmindir
Digər ölkələr
25 Aprel , 2016 00:54
​Mixail Saakaşvili: Gürcüstandakı parlament seçkilərindən sonra vətənə qayıtmaq niyyətindəyəm

Bakı. 25 aprel. REPORT.AZ/.Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əmindir ki, "Vahid milli hərəkat" partiyasından onun komandası Gurcustanda payızda keçiriləcək parlament seçkilərində qalib gələcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bundan sonra vətənə qayıtmaq niyyətində olduğunu bildirib.

"Mən seçkilərdə qələbə qazanacağımıza əminəm. Buna heç tərəddüd etmirəm. İki siyasi güc mövcuddur. Bunlardan biri Bidzina İvanişviliylə bağlıdır. ), ikinci güc isə mənimlə bağlıdır. Hazırkı mərhələdə üçüncü güc mövcud deyil. Bütün digər qüvvələr imitasiyadır" - deyə Mixail Sakaşvili qeyd edib.

Sabiq prezident bildirib ki, o, seçkilərdən sonra vətənə qayıtmaq istəyir. 

Son xəbərlər

Orphus sistemi