Mixael Şumaxerin həyat yoldaşı övladlarının öldürülməsi ilə hədələnib

Mixael Şumaxerin həyat yoldaşı övladlarının öldürülməsi ilə hədələnib Cinayətkar bank hesabı nömrəsi ilə müəyyənləşdirilib
Digər ölkələr
18 May , 2017 12:29
Mixael Şumaxerin həyat yoldaşı övladlarının öldürülməsi ilə hədələnib

Bakı. 18 may. REPORT.AZ/ "Formula 1" üzrə 7 dəfə çempion olmuş Mixael Şumaxerin həyat yoldaşı Korinna övladlarının öldürülməsi ilə hədələnib. 

"Report" Almaniya KİV-inə istənadən xəbər verir ki, şantajçı xanım Şumaxerdən 900 min avro pul tələb edib.

Belə ki, 2016-cı ilin fevral ayında naməlum şəxs Korinnanın elektron poçtuna mesaj göndərərək martın 31-dək pulun köçürülməyəcəyi təqdirdə bala Şumaxerləri öldürəcəyini yazıb.

Şumaxerlərin iki övladı - Cina Mariya adlı qızı və Mik adlı oğlu var.

K.Şumaxer polisə müraciət edib və cinayətkarın kimliyi bank hesabı nömrəsi ilə müəyyənləşdirilib. 

Məhkəmə zamanı 25 yaşlı kişi günahını etiraf edib.

Son xəbərlər

Orphus sistemi