MİT Suriyada əməliyyat keçirib, PKK-nın "rəhbər şəxsi" məhv edilib

Digər ölkələr
  • 07 dekabr, 2022
  • 07:06
MİT Suriyada əməliyyat keçirib, PKK-nın rəhbər şəxsi məhv edilib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalında yeni əməliyyat keçirib.

“Report” “Milliyət”ə istinadən xəbər verir ki, bu barədə MİT-dən bildirilib.

Əməliyyat nəticəsində PKK terrorçu qruplaşmasının Cəzirə vilayəti üzrə “məsul şəxsi” Civana Heso məhv edilib. Onun kod adının “Roj Habur” olduğu deyilir.