Bakı. 12 oktyabr. REPORT.AZ/ Misir məhkəməsi maliyyə fırıldağında təqsirli bilinən ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin iki oğlu barədə qərar qəbul edib.
"Report"un BBC-yə istinadən xəbər verir ki, Qahirə Cinayət Məhkəməsinin qərarına əsasən, Əlaa və Hamal Mübarək qardaşlarının dəmir barmaqlar arxasında keçirdikləri müddət onların cəza çəkəcəkləri vaxtı üstələyib.
2011-ci ildə devrilmiş keçmiş prezidentin hər iki oğlu atalarından dərhal sonra maliyyə fırıldağında ittiham olunaraq həbs ediliblər.
Bu ilin may ayında onlar üç il müddətinə azadlıqdan məhrum edilib.