Misirin Qəzza sektoru ilə sərhədində kamikadze özünü partladıb: ölən və yaralananlar var

Misirin Qəzza sektoru ilə sərhədində kamikadze özünü partladıb: ölən və yaralananlar var Partlayış zamanı 1 polis əməkdaşı həlak olub, 5 nəfər xəsarət alıb
Digər ölkələr
17 Avqust , 2017 03:54
Misirin Qəzza sektoru ilə sərhədində kamikadze özünü partladıb: ölən və yaralananlar var
"AFP"

Bakı. 17 avqust. REPORT.AZ/ Misirin Qəzza sektoru ilə sərhədində kamikadze özünü partladıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, partlayış zamanı 1 polis əməkdaşı həlak olub, daha 5 nəfər xəsarət alıb. DİN-in mətbuat katibi İyayət əl-Buz bildirib ki, polis əməkdaşı Misir sərhədi istiqamətində hərəkət edən iki silahlını dayandırmağa cəhd edib. Bu zaman silahlılardan biri özünü partladıb. Partlayış nəticəsində səhra polisi idarəsinin əməkdaşı həlak olub, təhlükəsizlik qüvvələri əməkdaşlarının daha 5 üzvü xəsarət alıb.

Yerli mənbənin məlumatına görə, silahlılar İŞİD üzvləri olub.

Son xəbərlər

Orphus sistemi