Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verilib

Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verilib Bu son qərardır və şikayət oluna bilməz
Digər ölkələr
2 Mart , 2017 19:29
Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verilib

Bakı. 2 mart. REPORT.AZ/ Kassasiya Məhkəməsi Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verib. “Report” TASS-a istinadən bildirir ki, bu barədə Misirin Dövlət Televiziyası məlumat yayıb. 

Ölkənin ali məhkəmə qurumu keçmiş dövlət başçısının üzərindən 2011-ci il yanvar inqilabı günlərində etirazçıların öldürülməsi ilə bağlı bütün ittihamları götürüb. 

Bildirilib ki, bu son qərardır və şikayət oluna bilməz. 

Beləliklə, Hüsnü Mübarək barəsində bütün cinayət təqibləri dayandırılıb.

Son xəbərlər

Orphus sistemi