Yuxarı
    Bağlamaq

    ​Misirdəki aksiyalarda ölənlərin sayı 21-ə çatıb

    82 nəfər isə yaralanıb

    Bakı. 26 yanvar. REPORT.AZ/ Misirdə inqilabın 4-cü ildönümü ilə əlaqədar keçirilən etiraz aksiyalarında ölənlərin sayı 21 nəfərə çatıb.

    "Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda Misir Səhiyyə Nazirliyinin yazılı açıqlamasında bildirilib.

    Məlumata görə, ölənlərdən biri polis, üçü əsgərdir. 82 nəfər isə yaralanıb.

    Xatırladaq ki, ölkənin Qahirə ilə yanaşı, Giza, Şakriyə, Garbiyə, Dimyat, Bahira, Kalyubiye, Minya, Feyyum, bəni-Süveyş və Süveyş şəhərlərində etiraz aksiyaları keçirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi