Misirdə terrorçularla atışma nəticəsində ölən polislərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB-2

Misirdə terrorçularla atışma nəticəsində ölən polislərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB-2 İnsident Qahirənin 200 kilometrliyində baş verib
Digər ölkələr
21 Oktyabr , 2017 03:48
Misirdə terrorçularla atışma nəticəsində ölən polislərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB-2

Bakı. 21 oktyabr. REPORT.AZ/ Oktyabrın 20-də terrorçularla atışma zamanı Misirin Milli Təhlükəsizlik İdarəsi və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin ölən əməkdaşlarının sayı 35 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü AFP məlumat yayıb.


***00:35

Bakı. 21 oktyabr. REPORT.AZ/ Oktyabrın 20-də terrorçularla atışma zamanı Misirin Milli Təhlükəsizlik İdarəsi və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin ölən əməkdaşlarının sayı 16 nəfərə çatıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, insident Qahirənin 200 kilometrliyində baş verib.

Bundan əvvəl ölənlərin sayı 14 nəfər təşkil edirdi.


***20:08

Bakı. 20 oktyabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirənin yaxınlığında, Əl-Vahat rayonunda polislə terrorçular arasında silahlı toqquşma olub. 

"Report"un məlumatına görə, bu barədə "Vətən" portalı xəbər yayıb.

Qarşıdurma nəticəsində Misir polisinin 3 əməkdaşı ölüb, bir neçəsi yaralanıb.

Məlumata görə, polis əməkdaşları rayonda gizlənən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparırlarmış. 

Son xəbərlər

Orphus sistemi