Misirdə terror aktı nəticəsində 3 polis ölüb

Misirdə terror aktı nəticəsində 3 polis ölüb Terrorçular Mərkəzi Təhlükəsizlik İdarəsinin zirehli maşınını partladıb
Digər ölkələr
12 Dekabr , 2015 17:40
Misirdə terror aktı nəticəsində 3 polis ölüb

Bakı. 12 dekabr. REPORT.AZ/ Misirin şimalındakı Sinay yarımadasında baş vermiş terror aktı nəticəsində 3 polis ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, terrorçular Qəzza sektoru ilə sərhəddə yerləşən Rafah şəhərində Mərkəzi Təhlükəsizlik İdarəsinin zirehli maşınını partladıb. Bir zabit və iki əsgər dünyasını dəyişib.

Sinay yarımadasında fəaliyyətdə olan terror qruplaşması 2013-cü ilin yayında "Müsəlman qardaşlar"ın silahı yerə qoymasından sonra kəskin şəkildə fəallaşıb. İrimiqyaslı hərbi əməliyyatlara və polis reydlərinə baxmayaraq, yaraqlıları tam zərərsizləşdirmək mümkün olmayıb. Demək olar ki, hər gün yarımadanın şimalında təhlükəsizlik qüvvələrinə və yerli güc strukturlarına, eləcə də onlarla əməkdaşlıq edən yerli sakinlərə qarşı terror aktları və hücumları həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi