Yuxarı

Misirdə təhlükəsizlik tədbirləri gücləndirilib

Müxalifət qadağaya baxmayaraq kütləvi aksiyalar keçirəcəyini bəyan edib

BAKI. 25 yanvar. REPORT.AZ/ Misirdə 2011-ci ildə prezident Hüsnü Mübarəkin hakimiyyətdən gedməsi ilə nəticələnən "inqilabın" ildönümü günü təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report" Azadlıq Radiosuna istinadla xəbər verir ki, yeni prezident Abdel-Fattahel-Sissi icazəsiz mitinqlərə qadağa qoyub. Son aylarda bu qadağanı pozan onlarla fəal həbs edilib.

Müxalifətdəki İslam Koalisiyasının üzvləri isə artıq bəyan ediblər ki, qadağaya baxmayaraq yanvarın 25-də kütləvi aksiyalar keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi