Misirdə qatar relsdən çıxıb, xəsarət alanlar var

Misirdə qatar relsdən çıxıb, xəsarət alanlar var Misirdə dəmir yolunda qatarın relsdən çıxması nəticəsində azı 10 nəfər xəsarət alıb
Digər ölkələr
15 Aprel , 2021 04:08
Misirdə qatar relsdən çıxıb, xəsarət alanlar var

Misirdə dəmir yolunda qatarın relsdən çıxması nəticəsində azı 10 nəfər xəsarət alıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə ölkənin şimalında Minya-əl-Kamx yaşayış məntəqəsi ərazisində olub. Qatar Qahirədən Zakazik şəhəri istiqamətində hərəkət edirmiş.

Xəsarət alanların həyatı üçün təhlükə yoxdur. İlkin məlumatlara görə, hadisəyə texniki nasazlıq səbəb olub.

Son xəbərlər

Orphus sistemi