Misirdə qatar qəzasında 11 nəfər ölüb - YENİLƏNİB

Misirdə qatar qəzasında 11 nəfər ölüb - YENİLƏNİB Qalyubiya əyalətində sərnişin qatarı qəzaya uğrayıb
Digər ölkələr
18 Aprel , 2021 20:43
Misirdə qatar qəzasında 11 nəfər ölüb - YENİLƏNİB

Misirin Qalubiyyə vilayətində sərnişin qatarının qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub. Sərnişinlərdən bir neçəsi relsdən çıxan vaqonların altında qalıb.

Bu barədə “Report” “Alarabia” telekanalına istinadən xəbər verir.

Qeyd olunub ki, Qahirə-Mansura marşrutu ilə hərəkət edən sərnişin qatarının 4 vaqonunun relsdən çıxması nəticəsində 98 sərnişin yaralanıb.

Misirin səhiyyə naziri Halə Zayid hadisə yerinə gəlib.

Hadisə yerinə 57 təcili tibbi yardım maşını göndərilib və yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bu, Misirdə son bir ay ərzində baş verən üçüncü qatar qəzasıdır.

18:23

Misirin paytaxtı Qahirə şəhərindən şimalda yerləşən Qalyubiya əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, Qahirə - Mansur marşrutu ilə hərəkət edən sərnişin qatarının bir neçə vaqonu relsdən çıxaraq aşıb. Hadisə nəticəsində 103 sərnişin xəsarət alıb.

Yaralıları yerli xəstəxanalara çatdırmaq üçün hadisə yerinə 20 təcili yardım maşını cəlb edilib.

Son xəbərlər

Orphus sistemi