Yuxarı

Misirdə polis məmuru 15 il həbs cəzası alıb

Qahirənin Təhrir Meydanına yollanan qadın polis zabiti tərəfindən qətlə yetirilib

Bakı. 12 İyun. REPORT.AZ/ Misir məhkəməsi bu il Qahirədə bir etirazçı qadını öldürüldüyünə görə, polis məmuruna 15 il həbs cəzası verib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Şaimaa əl-Sabbagh adlı qadın Qahirənin Təhrir Meydanında 2011-ci ilin yanvar qiyamı zamanı öldürülən nümayişçilərin anım mərasiminə qatıldığı zaman öldürülüb.

Qiyamların 4-cü ildönümü münasibəti ilə keçirilən tədbirdə daha 15 etirazçi qətlə yetirilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi