Misirdə narkotik qaçaqmalçılığına görə 10 nəfər ölümə məhkum edilib

Misirdə narkotik qaçaqmalçılığına görə 10 nəfər ölümə məhkum edilib Misir məhkəməsi külli miqdarda narkotik maddələrin qaçaqmalçılığına görə Pakistanın 7 vətəndaşı, 2 misirli və İran vətəndaşı barəsində ölüm hökmü çıxarıb.
Digər ölkələr
6 Sentyabr , 2021 15:22
Misirdə narkotik qaçaqmalçılığına görə 10 nəfər ölümə məhkum edilib

Misir məhkəməsi külli miqdarda narkotik maddələrin qaçaqmalçılığına görə Pakistanın 7 vətəndaşı, 2 misirli və İran vətəndaşı barəsində ölüm hökmü çıxarıb.

“Report” xəbər verir ki, məlumatı “Newsru.co” yayıb.

Bildirilib ki, onlar 2019-cu ildə Qırmızı dəniz vasitəsilə Misir ərazisinə 2 ton heroin və 100 kq metamfetamin keçirməyə cəhd göstəriblər. Onların gəmisi sərhədçilər tərəfindən saxlanılıb. Gəminin saxlanc yerindən həmin narkotik maddələr aşkarlanıb. Narkotik maddələrin ümumi dəyəri 160 milyon dollar təşkil edib.

Qeyd edək ki, Çin və İrandan sonra Misir edam hökmlərinin çıxarılmasına görə dünyada üçüncü yerdədir. 2021-ci ilin əvvəlindən Misirdə aralarında qadında olmaqla 51 nəfər edam olunub. Bu hökmün icrası üçün Misirin baş müftisinin fətvası da tələb edilir.

Son xəbərlər

Orphus sistemi