Misirdə məscidə hücum zamanı ölənlərin sayı 300 nəfəri keçib

Misirdə məscidə hücum zamanı ölənlərin sayı 300 nəfəri keçib Bakı. 25 noyabr. REPORT.AZ/ Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məscidə terrorçuların hücumu nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.
Digər ölkələr
25 Noyabr , 2017 16:22
Misirdə məscidə hücum zamanı ölənlərin sayı 300 nəfəri keçib

Bakı. 25 noyabr. REPORT.AZ/ Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məscidə terrorçuların hücumu nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.

"Report" "Interfax"a istinadən xəbər verir ki, ölənlərin 27-si uşaqdır.

Terror zamanı 109 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, cümə günü əl-Ariş şəhərindən 40 km aralıda yerləşən əl-Raud kəndindəki məsciddə namaz zamanı partlayış baş verib. Bundan sonra hücum edən terrorçular məsciddən qaçan insanlara atəş açmağa başlayıblar. Şahidlərin sözlərinə görə, yaraqlılar həmçinin yaralıları daşıyan təcili yardım maşınlarına atəş açıblar.

Misir prezidenti Əbdül Fəttah əs-Sisi bildirib ki, hücum cəzasız qalmayacaq, terror qurbanlarının qisası alınacaq və biz terrorizmə qarşı mübarizəni davam etdirəcəyik.

Baş verən hadisə ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub.

Son xəbərlər

Orphus sistemi