​Misirdə Məhəmməd Mursinin tərəfdarlarından biri edam edilib

​Misirdə Məhəmməd Mursinin tərəfdarlarından biri edam edilib Mahmud Həsən Ramazan İskəndəriyyə şəhərindəki binalardan birində uşaqları ataraq öldürməkdə təqsirləndirilib
Digər ölkələr
7 Mart , 2015 17:16
​Misirdə Məhəmməd Mursinin tərəfdarlarından biri edam edilib

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Misirdə hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Mursinin tərəfdarlarından biri edam edilib. 

"Report" Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Misirin Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Məlumatda bildirilir ki, İskəndəriyyə şəhərindəki binalardan birində uşaqları ataraq öldürməkdə şübhəli bilinən məhkum Mahmud Həsən Ramazan həbsxanada edam edilib. 

Qeyd edək ki, 2013-cü ildə baş verən hadisədən sonra məhkəmə 2014-cü il mayın 19-da müttəhimlərdən Mahmud Həsən Ramazanı edam, 18 nəfəri də ömürlük həbs cəzasına məhkum etmişdi.

Xəbərdə M.Ramazanın "Müsəlman Qardaşları" təşkilatının üzvü olmadığı da qeyd olunub.  

Son xəbərlər

Orphus sistemi