Misirdə kilsəyə girmək istəyən ruhi xəstə iki nəfəri yaralayıb

Misirdə kilsəyə girmək istəyən ruhi xəstə iki nəfəri yaralayıb Bakı. 12 noyabr. REPORT.AZ/ Misirin Ayn Şəms şəhərində psixi pozğunluğu olan kişi kilsəyə daxil olmağa cəhd göstərib.
Digər ölkələr
12 Noyabr , 2018 05:20
Misirdə kilsəyə girmək istəyən ruhi xəstə iki nəfəri yaralayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Misirin Ayn Şəms şəhərində psixi pozğunluğu olan kişi kilsəyə daxil olmağa cəhd göstərib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Youm7" xəbər portalı məlumat yayıb.

Yerli prokurorluq nümayəndələrinin sözlərinə görə, kişinin üzərində dəmir çubuq olub və saxlanılan zaman iki nəfəri yaralayıb. Bildirilir ki, o kilsəyə yan qapıdan girmək istəyib, lakin mühafizəçi onu saxlayıb və polisə təhvil verib.

Kişinin polis bölməsinə gəlmiş qohumlarının sözlərinə görə, 23 yaşlı gənc oğlan kilsənin yanında yaşayır, onun psixi pozğunluğu var. Son vaxtlar müalicə kursu keçib. Onun hansı səbəbdən bu addımı atmaq istədiyi araşdırılır.

Bundan əvvəl Misir məhkəməsi İŞİD-in 40 üzvü barədə hökm çıxarıb.

Son xəbərlər

Orphus sistemi