Bakı. 9 aprel. REPORT.AZ/ Misirin Tanta şəhərində yerləşən kilsə yaxınlığında baş verən partlayış nəticəsində 17 nəfər ölüb, 40 nəfər yaralanıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, partlayış "Mar Qirqis" kilsəsi qarşısında baş verib.
Tanta şəhəri Ğarbiyyə əyalətində yerləşir.