Misirdə baş vermiş dəmir yol qəzasının səbəbləri məlum olub

Misirdə baş vermiş dəmir yol qəzasının səbəbləri məlum olub İskəndəriyyə şəhərinin qubernatoru qatarların toqquşmasında maşinistlərdən birinin təqsirkar olduğunu bildirib
Digər ölkələr
11 Avqust , 2017 22:46
Misirdə baş vermiş dəmir yol qəzasının səbəbləri məlum olub

Bakı. 11 avqust. REPORT.AZ/ Misirin İskəndəriyyə şəhərinin qubernatoru Məhəmməd Sultan sərnişin qatarlarının toqquşmasında maşinistlərdən birinin təqsirkar olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə "Ahram" məlumat yayıb.

"O, yola növbəti qatar daxil olduqda semaforun qadağanedici siqnalını görməyib. Bu, faciəyə səbəb olub", – deyə Sultan bildirib.

Misirdə, İskəndəriyyə şəhəri yaxınlığında baş vermiş dəmir yol qəzasında 36 nəfər ölüb.

Ölkə prokurorluğu faktla bağlı təhqiqata başlayıb. 

Son xəbərlər

Orphus sistemi