Misirdə ictimai yerlərdə niqabın qadağan edilməsi təklif olunur

Misirdə ictimai yerlərdə niqabın qadağan edilməsi təklif olunur Bakı. 5 noyabr. REPORT.AZ/ Misir parlamentinin deputatı Heda Aqami ölkə ərazisindəki ictimai yerlərdə insanların üz nahiyəsini tamamilə bağlayan baş geyiminin - niqabın geyinilməsinin qadağan olunmasını təklif edib.
Digər ölkələr
5 Noyabr , 2018 03:20
Misirdə ictimai yerlərdə niqabın qadağan edilməsi təklif olunur

Bakı. 5 noyabr. REPORT.AZ/ Misir parlamentinin deputatı Heda Aqami ölkə ərazisindəki ictimai yerlərdə insanların üz nahiyəsini tamamilə bağlayan baş geyiminin - niqabın geyinilməsinin qadağan olunmasını təklif edib.

"Report" xəbər verir ki, bu barədə "Egypt Independent nəşri" "facebook" səhifəsində bildirib.

Deputatın sözlərinə görə, bir çox sahələrdə, o cümlədən təhlükəsizlik sferasındakı problemlər bu atributla bağlıdır. Aqami Əlcəzair təcrübəsinə istinad edib. Həmin ölkədə analoji qadağa bir ay əvvəl tətbiq olunub.

Deputat qadağanı pozanların 1000 Misir funtu (56 dollar) məbləğində cərimə olunmasını təklif edib. Qanun layihəsinə görə, xəstəxanalar, təhsil müəssisələri, kinoteatrlar, kitabxanalar, muzeylər, hökumət binaları, aeroportlar, ictimai nəqliyyat və uşaq bağçaları ictimai yerlər hesab edilir.

"Niqab dinə aid deyil və şəxsi azadlığı pozmur, amma cəmiyyət və milli təhlükəsizlik üçün təhlükə törədir. Çünki terror və cinayətkar təşkilatlar öz cinayətlərində tez-tez ondan istifadə edir", - deyə Milli Şuranın Qadınların işləri üzrə üzvü, jurnalist Naşfa əl-Xufi həmkarını dəstəkləyib.

BMT-də oktyabrda Fransada niqabın geyinilməsinə tətbiq edilən qadağanı pisləyib.

Son xəbərlər

Orphus sistemi