BMT Fransada niqab geyilməsinə qadağa qoyulmasını pisləyib

BMT Fransada niqab geyilməsinə qadağa qoyulmasını pisləyib Bakı. 23 oktyabr. REPORT.AZ/ Fransa hökuməti iki qadını niqab geydiyinə görə cərimələyərək insan hüquqlarını pozub.
Digər ölkələr
23 Oktyabr , 2018 15:46
BMT Fransada niqab geyilməsinə qadağa qoyulmasını pisləyib
0 : 00
0 : 00

Bakı. 23 oktyabr. REPORT.AZ/ Fransa hökuməti iki qadını niqab geydiyinə görə cərimələyərək insan hüquqlarını pozub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Komitəsinin kommünikesində deyilir.

"Komitə belə nəticəyə gəlib ki, Fransa qanunu ilə müəyyən edilmiş ictimai yerlərdə niqab geyilməsinin qadağan edilməsi və buna görə cinayət məsuliyyətinə cəlb edilməsi şikayətçilərin dini inanclarını nümayiş etdirmək hüququna böyük zərər verib. Fransa tərəfi isə bu geyimləri niyə qadağan etdiyini lazımi qaydada izah etməyib", - kommünikedə qeyd olunur.

Qeyd edək ki, Fransa sakini olan iki qadın BMT İnsan Hüquqları Komitəsinə şikayət edib. Onlar ictimai yerlərdə niqab geydiklərinə görə 2012-ci ildə məsuliyyətə cəlb olunduqlarını və mühakimə edildiklərini bildiriblər.

Xatırladaq ki, Fransada ictimai yerlərdə qapalı geyimlərdən, o cümlədən burqa, pərəncə, niqab və balaklavadan istifadə 2010-cu ildən qadağan edilib. Qaydanı pozanlar 150 avroya qədər cərimələnə bilər.

Son xəbərlər

Orphus sistemi