Misirdə İsrailə casusluq edənlər 25 il azadlıqdan məhrum olunub

Misirdə İsrailə casusluq edənlər 25 il azadlıqdan məhrum olunub Həbs cəzası çıxarılmış 6 İsrail vətəndaşından 4-ü hərbi kəşfiyyatın zabitləridir
Digər ölkələr
8 Mart , 2017 22:56
Misirdə İsrailə casusluq edənlər 25 il azadlıqdan məhrum olunub

Bakı. 8 mart. REPORT.AZ/ Misir məhkəməsi İsrailə casusluq edən 9 nəfər barəsində hökm çıxarıb.

"Report"un məlumatına görə, bu barədə "MENA" agentliyi xəbər verib.

Məlumatda bildirilir ki, onlar 25 il müddətinə azadlıqdan məhrum ediliblər. Mühakimə olunanlardan üçü Misir, digərləri isə İsrail vətəndaşlarıdır. Misir vətəndaşlarından 2-i həbs edilib, 1 nəfər barəsində isə şərti cəza verilib.

Xəbərdə bildirilir ki, barələrində həbs cəzası çıxarılmış 6 İsrail vətəndaşından 4-ü hərbi kəşfiyyatın zabitləri olub.  

Son xəbərlər

Orphus sistemi