Misirdə edamlar başladı
Digər ölkələr
- 08 mart, 2015
- 13:17
Bakı. 8 mart. REPORT.AZ/ Misirdə Mahmud Ramazan adlı məhkum edam edilib. "Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, o, 2013-cü ilin iyul hadisələrindən sonra başlayan iğtişaşlarda iştirak etdiyi üçün edam edilib. Mahmud Ramazan asılıb.
Misir məhkəmələri həmin hadisələrə görə yüzlərlə şəxs haqqında edam hökmü çıxarıb.
Misirin Daxili İşlər Nazirliyinin sözçüsü Hani Abdel Latif bildirib ki, edam yerli saatla 07.00-da icra olunub. Mahmud Ramazan sözügedən hadisələrə görə edam olunan ilk şəxsdir.
Təhlükəsizlik qüvvələri Reuters-ə Mahmud Ramazanın radikal dinçi olduğunu, ancaq "Müsəlman Qardaşları" təşkilatının rəsmi üzvü olmadığını bildiriblər.
Son xəbərlər
08:46
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
Digər ölkələr08:19
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:11
Foto
Video
Sumqayıtda BMW üç avtomobilə çırpılaraq aşıb, xəsarət alanlar var
Hadisə07:48
"Barselona" "Atletiko"nun Alvareslə bağlı sərt açıqlamalarına cavab verib
Futbol07:22
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
Digər ölkələr06:51
Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb
Digər ölkələr06:12
Avropa MTG-I2 meteoroloji peykini "Ariane 6" raketi ilə kosmosa göndərib
Digər ölkələr05:28
İlin son Ay tutulması başlayıb
Elm və təhsil05:26